BAKI, 11 may. TELEQRAF
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İtaliyanın paytaxtı Romada səfərdədir.
Teleqraf xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti İtaliyanın paytaxtı Romada yerləşən "Villa Borghese" parkında olub.
Bu zaman L.Əliyeva görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həmin parkda ucaldılmış heykəli də ziyarət edib.
Bununla bağlı o, "Instagram" sosial şəbəkəsində görüntülər paylaşıb.