AZ

Omanda İran-ABŞ danışıqlarının dördüncü raundu başa çatdı

İran və ABŞ arasında Omanda keçirilən dolayı danışıqların dördüncü raundu başa çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, dolayı danışıqlar iki tərəf arasında (Oman xarici işlər naziri vasitəsilə) mesaj mübadiləsi yolu ilə aparılıb.

Omanın paytaxtı Maskatda Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ətrafındakı böhranın nizamlanması üzrə danışıqların növbəti raundu başlayıb.

Bu barədəOxu.AzISNA agentliyinə istinadla xəbər verir.

Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edirlər.

Qeyd edək ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə üç raund danışıqlar keçiriblər.

Birinci raund aprelin 12-də Maskatda, ikinci raund aprelin 19-da Romada, üçüncü raund isə yenidən aprelin 26-da Maskatda baş tutub.

Seçilən
0
50
editor.az

10Mənbələr