Qaxda güclü külək evin dam örtüyünü qoparıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, axşam saatlarında yağışla müşahidə olunan güclü külək Qaxıngiloy kənd sakini, 1954-cü il təvəllüdlü Kulaşvili Varabyonun evinin dam örtüyünü uçurub. Dam örtüyünün bir hissəsi qonşu həyətə, digər hissəsi isə yola düşüb. Qonşu evədə ciddi ziyan dəyib.