ABŞ Dövlət katibi Marko Rubio mayın 14-16-da Türkiyəyə səfər edəcək.
Bizim.Media xəbər verir ki, o, Antalya şəhərində keçiriləcək NATO-nun qeyri-rəsmi Xarici İşlər Nazirləri toplantısına qatılacaq.
Görüşdə alyans üçün təhlükəsizlik prioritetləri, müdafiə xərcləri və Rusiya-Ukrayna münaqişəsi müzakirə ediləcək. Dövlət katibi NATO-nun daha güclü və effektli olmasını təmin etmək üçün Prezident Trampın gündəliyini irəli sürəcək.
Rubio qitəyə səfərini Prezident Donald Trampı mayın 11-14-də Səudiyyə Ərəbistanı və Qətərdə müşayiət etməklə başlayacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta