BAKI, TurkicWorld
ABŞ Dövlət Katibi Marko Rubio 11–16 may tarixlərində Səudiyyə Ərəbistanı, Qətər və Türkiyəyə səfər etməyi planlaşdırır.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı rəsmi bəyanatda qeyd olunub.
“Dövlət katibi Marko Rubio 11–14 may tarixlərində Prezident Donald Trampı müşayiət edərək Səudiyyə Ərəbistanı və Qətərə səfər edəcək. Bu səfərdə məqsəd Birləşmiş Ştatlar ilə Fars körfəzi tərəfdaşları arasındakı əlaqələri gücləndirməkdir” – deyə, bəyanatda bildirilib.
Bəyanata görə, daha sonra Rubio 14–16 may tarixlərində Türkiyənin Antalya şəhərinə yollanacaq və orada NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək. Görüş zamanı alyansın təhlükəsizlik prioritetləri, o cümlədən müdafiə sahəsinə yatırımların artırılması və Rusiya ilə Ukrayna arasında müharibənin sona çatdırılması məsələləri müzakirə olunacaq.