AZ

"Qarabağ" klubu dünya reytinqində 10 pillə irəlilədi

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.
 
"Report"un məlumatına görə, Azərbaycan çempionu 143.5 xalla 114-cü sırada qərarlaşıb.
 
"Zirə" (94,75 xal) 220-ci yerdən 233-cü pilləyə düşüb. 26 mövqe irəliləyən "Sabah" (68.5 xal) 367-ci ola bilib.
 
"Araz-Naxçıvan" (58,75 xal) isə 492-ci yerdən 454-cü sıraya qalxıb.
 
Qeyd edək ki, 501 klubun olduğu siyahıya İspaniya təmsilçisi "Real" (490 xal) başçılıq edir.
Seçilən
0
20
demokrat.az

10Mənbələr