AZ

"El-Klasiko": Komandaların start heyətləri

Bu gün İspaniya La Liqasında növbəti "El-Klasiko" baş tutacaq.

 

Modern.az xəbər verir ki, ölkə çempionatının 35-ci turu çərçivəsində əzəli rəqiblər - "Barselona" və "Real Madrid" üz-üzə gələcəklər.

 

Katalon təmsilçisi hazırda 79 xalla turnir cədvələnin lideridir, madridlilər isə 75 xalla ikinci pillədə qərarlaşıblar.

 

Oyun Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.

 

"Kral klubu"nun start heyəti aşağıdakı kimidir:

Kurtua; Vaskes, Asensio, Çuameni, Qarsiya; Sebalyos, Valverde, Bellingem, Güler; Mbappe, Vinisius.

 

Kataloniya təmsilçisinin ilk 11-i:

Şensnı; Kubarsi, Martines, Jerar Martin, Erik Qarsiya; De Yonq, Pedri, Olmo, Rafinya, Yamal; Ferran.

 

Qeyd edək ki, bu mövsüm La Liqada tərəflər arasında keçirilmiş ilk görüşdə "Barselona" səfərdə "Kral klubu"nu darmadağın edib - 0:4.

 

Seçilən
0
1
modern.az

2Mənbələr