AZ

“Mustafa Bilalov və Mircəlal Qasımov ilə görüşdük” – bizimkilər Özbəkistandadı

Özbəkistanda mərhum prezident Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə bu ölkənin və Azərbaycanın futbol veteranları arasında yoldaşlıq görüşü keçirilib.

Dost ölkəyə yollananlar arasında Arif Əsədov da var. “Football-plus.az” onun səfər təəssüratını öyrənib:

“Heydər Əliyevin doğum günü ilə bağlı veteranlar arasında yoldaşlıq görüşü təşkil olundu. Oyunu Azərbaycanın Özbəkistandakı səfirliyi və AFFA təşkil etmişdi. Matç 5:5 bitdi. “Neftçi”nin sabiq oyunçusu Mustafa Bilalov və Mircəlal Qasımov ilə görüşdük. Mayın 11-də vətənə qayıdacağıq. Bura 10 nəfər gəlib”.

ƏSƏD SEYİDOV
Seçilən
0
football-plus.az

1Mənbələr