AZ

"Qarabağ" dünya reytinqində irəliləyib - Azərbaycan klubları arasında lider

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən güclü klublarının yeni reytinq cədvəlini açıqlayıb.

90deqiqe.Az -ın məlumatına görə, siyahıda Azərbaycan təmsilçiləri də yer alıb.

“Qarabağ” son göstəricilərlə reytinqdə 10 pillə irəliləyərək 143.5 xalla 114-cü sıraya yüksəlib. Bu nəticə ilə Ağdam təmsilçisi ölkə klubları arasında ən yüksək mövqeyə sahibdir.

Digər təmsilçilərdən “Zirə” 94.75 xalla 220-ci pillədən 233-cü yerə geriləyib. “Sabah” isə 26 pillə irəliləyərək 68.5 xalla 367-ci sırada qərarlaşıb.

“Araz-Naxçıvan” da irəliləyişə nail olub – 58.75 xalla 492-ci yerdən 454-cü pilləyə qalxıb.

Ümumilikdə 501 klubun yer aldığı siyahıya 490 xalla İspaniya nəhəngi “Real Madrid” liderlik edir.

 

Seçilən
0
90deqiqe.az

1Mənbələr