AZ

“Yorğa” yarışları keçirilib - FOTOLAR - VİDEO

May ayının 10-da Binə Atçılıq Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Yorğa” yarışları keçirilmişdir. SİA xəbər verir ki, tədbir çərçivəsində həm “Cıdır”, həm də “Yorğa” atlarının yarışları baş tutmuş, qaliblər müəyyən edilmişdir.

Cıdır yarışlarının nəticələri:

1600 metr məsafədə:

1-ci yer – Azər Əliyev (“Senator” ləqəbli atla).
2-ci yer – Ramal Əliyev (“Taura” ləqəbli atla).
3-cü yer – Hilal Nəzərov (“Ada” ləqəbli atla).

1800 metr məsafədə:

1-ci yer – Azər Əliyev (“Kainat” ləqəbli atla).
2-ci yer – Vüsal Nəzərov (“Nihat” ləqəbli atla).
3-cü yer – Orxanbəy Hacıyev (“Şərab” ləqəbli atla).

Yorğa yarışlarının nəticələri:

1200 metr – Cabbarov Elməddin (“Əzəm” ləqəbli atla).
1400 metr – Ağayev Ərəstun (“Səməndxan” ləqəbli atla).
1500 metr – Ağayev Rövşən (“Paşa” ləqəbli atla).
1600 metr – Həsənov Mahir (“Dül Dül” ləqəbli atla).
1800 metr – Zeynalov Alim (“Qaçar” ləqəbli atla).
2000 metr – Həsənli Muraf (“Sultan” ləqəbli atla).
2400 metr – Əsgərov Anar (“Geroy” ləqəbli atla).
3000 metr – Abbasov Emin (“Koma” ləqəbli atla).

Tədbirin əsas mərhələsində olan baş yarışda isə 1600 metr məsafədə Mahir Həsənov “Dül Dül” ləqəbli atla 1-ci yeri tutaraq Ulu Öndər Heydər Əliyev adına kuboka layiq görülmüşdür.

https://youtu.be/iZSBZcOIVpI?si=9DYSqyQnB5_DmHtD

Seçilən
0
sia.az

1Mənbələr