Ajans.az Bakupost.az-a istinadla xəbər verir ki, mayın 9-u saat 22:20 radələrində 2009-cu il təvəllüdlü yeniyetmə (kişi cinsli) skuter sürərkən ağır xəsarət alıb. Qapalı kəllə-beyin travması diaqnozu ilə o, təcili olaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Onun ölüm faktı saat 23:40-da qeydə alınıb. Hadisənin hansı şəraitdə baş verdiyi, skuter qəzasının səbəbləri və digər detallar araşdırılır. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.