Almaniya kansleri Fridrix Merts Rusiya və Ukrayna arasında sülh danışıqlarına başlanması üçün öncə atəşkəsin təmin olunmasının zəruri olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Kansler qeyd edib ki, Rusiya tərəfi danışıqlara hazır olduğunu bildirərək yaxşı bir ilk addım atıb:
"Lakin o, bu kifayət deyil. Moskvanın atəşkəsə razı olmasını gözləyirik. Döyüşlərin dayandırılması "əsl dialoqun" başlanması üçün vacib şərtdir. Toplar susmadan danışıqlara başlamaq mümkün deyil".
Ətraflı
Qeyd edək ki, eyni tələb, Fransa Prezidenti Emmanuel Makron tərəfindən də irəli sürülüb. O, danışıqların başlanması üçün atəşkəsin təmin edilməsinin zəruriliyini vurğulamışdı.