AZ

Qvardiola: “Sauthempton”dan belə oyun gözləmirdim”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 36-cı turunun “Sauthempton”la səfər oyununu şərh edib.

Arena.az məlumat verir ki, “şəhərlilər” mövsümün aşkar “qapazaltı”sının müqavimətini qıra bilməyərək, “quru” heç-heçə ilə kifayətlənməli olublar – 0:0.

“Təəssüf k, biz qol vura bilmədik. İkinci hissədə bizim oyun nəbzimiz daha yaxşı idi, xüsusilə cinah hücumçularımız işə düşdükdə. Birinci hissədə biz buna müvəffəq ola bilmədik. Meydanın son üçdə birində bizim bəzi oyunçularımız əskikdir, bizə, rəqibin cərimə meydançasına asmalar etmək üçün oyunçular gərəkdir. Çünki rəqib özünün cərimə meydançasında 11 oyunçu ilə müdafiə olunurdu, bu, asan deyil.

Rəqibin icra etməyə qərara aldığını biz nəzarət altına ala bilmədik, biz bunu qəbul etməliyik. Onları sındırmaq isə bizim tapşırığımız idi. Onlar xilas imkanından məhrum olduqlarına rəğmən, belə oynamaq istəyirdilər? Mən nə deyə bilərəm ki? Mən bunu gözləmirdim, 10-15 dəqiqədən sonra isə mən dedim ki, bizə bu oyunda cinah hücumçuları gərəkdir, çünki biz bütün komanda ilə müdafiə olunan rəqibin belə oyununa hazır deyildik”, – Qvardiola oyuna həsr edilmiş mətbuat toplantısında vurğulayıb.

Əlavə edək ki, “Sauthempton” Premyer Liqanın cari mövsümündə ən zəif komandadır. “Müqəddəslər” 36 oyunda cəmi 2 qələbə və 6 heç-heçə mənzərəsində 28 məğlbiyyət yaşayıbalr, top fərqi isə 25:82 nisbətindədir. Yarış cədvəlinin 20-ci pilləsində qərarlaşmış “Sauthempton” 36 oyundan cəmi 12 xal toplayıb və Premyer Liqanı erkən surətdə tərk edib.

Vacib oyunda “qızıl” xal itkisi isə “Mançester Siti”yə baha başa gəlib. Növbəti mövsümün Çempionlar Liqasında iştirak uğrunda mübarizə aparan “şəhərlilər” mötəbər yarışda iştirak imkanından məhrum olmaq ehtimalını hələ də saxlayırlar. Hazırda “Maneçester Siti” Premyer Liqanın yarış cədvəlində 65 xalla şərti olaraq 3-cü pillədə qərarlaşıb. “Şəhərlilər”in məqsədi ilk beşlikdə yer almaqdır.

Premyer Liqaya 35 oyundan 82 xalla cari mövsüm İngiltərə çempinluğunu erkən surətdə təmin etmiş “Liverpul” başçılıq edir.

Seçilən
0
arena.az

1Mənbələr