AZ

İrlandiya XİN başçısı: "Aİ İsraillə sazişi yenidən gözdən keçirməlidir"

​BAKI, 11 may. TELEQRAF

İrlandiyanın Baş nazir müavini, xarici işlər və müdafiə naziri Saymon Harris Avropa İttifaqı (Aİ) ilə İsrail arasında imzalanmış Tərəfdaşlıq Sazişinin yenidən nəzərdən keçirilməsinin vacib olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Harris qeyd edib ki, sözügedən sazişdə insan hüquqları ilə bağlı müddəalar yer alır:

“Bu bəndlər münasibətlərin insan hüquqlarına hörmət əsasında qurulmalı olduğunu deyir. Bu sözlər yalnız kağız üzərində qalmamalıdır. Saziş təkrar gözdən keçirilməlidir. Dünya isə demək olar ki, heç bir tədbir görmür”.

Saymon Harris avropalı həmkarları ilə bu mövzunu müzakirə etmək istədiyini də qeyd edib. O, zorakılığın dayandırılması, humanitar yardımların artırılması və bütün əsirlərin dərhal azad olunması üçün mümkün olan hər şeyin edilməsinin vacibliyini vurğulayıb.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr