AZ

Arılar dini mərasim iştirakçılarına hücum etdi – 30-dan çox yaralı var

​BAKI, 11 may. TELEQRAF

Tailandın Nakxon Ratçasima vilayətində yerləşən buddist məbədində keçirilən dini mərasim arı hücumu səbəbilə yarımçıq qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Thaiger" nəşri məlumat yayıb.

Belə ki, yüzlərlə yerli sakinin iştirakı ilə keçirilən mərasimdə azyaşlı qızın daşıdığı hava şarı təsadüfən məbədin girişindəki arı pətəyinə toxunub. Bu zaman arılar pətəkdən çıxaraq mərasim iştirakçılarına hücum edib.

İlkin məlumata görə, 30-dan çox şəxs arı sancmasından xəsarət alıb. Onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Seçilən
0
teleqraf.com

1Mənbələr