AZ

“Atletiko”nun hücumçusundan rekord

“Atletiko” İspaniya La liqasının 35-ci turunda “Real Sosyedad”ı məğlub edib – 4:0.

Futbolpress.az xəbər verir ki, qarşılaşmanın 7, 10 və 11-ci dəqiqəsində madridlilərin hücumçusu Aleksander Sörlot qol vurub. O, La Liqa tarixində ən sürətli het-trik edən oyunçu olub.

Sörlota bunun üçün 3 dəqiqə 57 saniyə lazım olub.

“Atletiko” 70 xalla 3-cü sıradadır. “Real Sosyedad” isə 43 xalla 12-cidir.

Seçilən
0
futbolpress.az

1Mənbələr