Leroy Sane "Bavariya"nın müqaviləni uzatmaq üçün etdiyi təklifi bəyənməyib.

Offsideplus.az xəbər verir ki, almaniyalı futbolçu daha yaxşısını gözləyir.

Bu barədə "Sky Sport DE" məlumat yayıb.

Sane ilə "Arsenal", "Çelsi" və İspaniya klubları yaxından maraqlanır. Onun hazırkı sözləşməsi cari mövsümün sonunda bitir.

O, Münhen klubu ilə müqaviləsini uzatmasa, yayda azar agent olacaq.