AZ

Millimizin baş məşqçisi: "Azərbaycan Kubokunun finalında şanslar bərabərdir"

"Təbii ki, finalda şanslar həmişə bərabər olur".

İdman.biz xəbər verir ki, bu sözləri Sport24.az-a açıqlamasında 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüdlü) Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev deyib.

Mütəxəssis "Sabah" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb: "Sabah" komandası tam olaraq bu matça köklənib. Avrokuboklara getmək üçün mütləq bu titula sahib çıxmalıdırlar. Mən şansları bərabər sayıram. Kim güclüsürsə, qələbə qazansın".

Qeyd edək ki, final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq.

İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr