AZ

"Xocalı" yarımstansiyası yeni nəsil rəqəmsal texnologiyalar və idarəetmə avadanlıqları ilə təchiz edilib (FOTO)

Bakı. Trend:

3200 KVA gücündə “Xocalı” yarımstansiyası və Rəqəmsal İdarəetməMərkəzi Xocalı rayonu ərazisində inşa edilmiş yeni yaşayışkomplekslərinin, kənd təsərrüfatı və turizm obyektlərinin, eləcə dəsosial-iqtisadi təyinatlı müxtəlif infrastrukturun dayanıqlı,etibarlı və fasiləsiz elektrik enerjisi təminatını həyata keçirməkməqsədi daşıyır.

Qarabağ Regional Enerji Təchizatı və Satışı İdarəsinin Başmühəndisi Mübariz Zərbəliyev Trend-in bölgə müxbirinə bildirib ki, yarımstansiyanınelektrik təchizatı üçün “Xankəndi-1” və “Əsgəran”yarımstansiyalarından müvafiq olaraq elektrik verilişi xətləriçəkilib. Tikintisi aparılan 35 kV-luq elektrik verilişi xəttivasitəsilə bu yarımstansiya “Ağdam-2” yarımstansiyası iləəlaqələndiriləcək ki, bununla da Ağdam-Əsgəran-Xocalı-Xankəndişəhərləri arasında dairəvi elektrik təchizatı sxemiyaradılacaq.

Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə isə şəbəkələrin carivəziyyətinə dair bütün məlumatlar mərkəzləşdirilmiş şəkildətoplanılır və emal olunur, avadanlıqlar məsafədən idarə edilir vəreal vaxtda monitorinqi rəqəmsal sistemlər vasitəsilə həyatakeçirilir. Yarımstansiya bu məqsədlə yeni nəsil rəqəmsaltexnologiyalar və idarəetmə avadanlıqları ilə təchiz edilib.
Bu Mərkəz şəbəkənin etibarlı istismarını dəstəkləməklə yanaşı,elektrik enerjisinin ötürülməsi zamanı itkilərin və ümumi istismarxərclərinin azaldılmasına da şərait yaradır. Yarımstansiyadanqidalanan istehlakçılara elektrik enerjisi verilişində yarananfasilələr barədə Mərkəz vasitəsilə real vaxt rejimində əvvəlcədənməlumat ötürülmə imkanı yaradılıb.

Bərpaolunan enerji mənbələrinin elektrik şəbəkələrinəinteqrasiyası prosesi Rəqəmsal İdarəetmə Mərkəzi tərəfindənmərkəzləşdirilmiş şəkildə idarə olunduğundan enerji təchizatındafasilələrin yaranma riski minimuma endirilib. Mərkəz alınan vəötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiyanınişinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqlarınbir-biri ilə koordinasiyasını tam təmin edir.

Rəqəmsal İdarəetmə Mərkəzində 52 kVt gücündə Günəş panelləri dəquraşdırılıb və istehsal olunan enerjinin şəbəkəyə ötürülməsi təminedilib, ərazisində elektromobillər üçün sürətli enerjidoldurmacihazları quraşdırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 9-da “Azərişıq” AçıqSəhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsalİdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Məqalədə:
Seçilən
0
24
az.trend.az

10Mənbələr