AZ

Ərdoğan Putinin təklifi ilə razılaşdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Rusiya Prezidenti Vladimir Putinə bildirib ki, ölkəsi Rusiya və Ukrayna arasında danışıqlara ev sahibliyi etməyə hazırdır.

“Cebheinfo.az” xəbər verir ki, Ərdoğan bazar günü Putinlə telefon danışığı aparıb. Prezidentlər regional, qlobal və ikitərəfli məsələləri müzakirə ediblər.

“Prezident Ərdoğan Putinin Rusiya və Ukrayna arasında sülh danışıqlarının dayandırdıqları yerdən (2022-ci ildə – red.) İstanbulda davam etdirilməsinin zəruriliyi barədə açıqlamasını alqışladığını və Türkiyənin münaqişənin daimi həllinə gətirib çıxaracaq danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bildirib”, - administrasiyanın məlumatında deyilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü bildirib ki, Ankara Ukraynada potensial atəşkəsə əməl olunmasına nəzarət etməyə hazırdır.

Putin daha əvvəl İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna ilə danışıqların mümkünlüyünü müzakirə edəcəyini bildirmişdi. Rusiya lideri də Kiyevə hər şeyə rəğmən, mayın 15-də - heç bir ilkin şərt olmadan birbaşa danışıqları İstanbulda bərpa etməyi təklif edib. ABŞ Prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İstanbulda Kiyev nümayəndələri ilə birbaşa danışıqlar aparmaq təklifindən sonra bunun Rusiya və Ukrayna üçün potensial əlamətdar gün olduğunu deyib və hər iki tərəflə işləməyə davam edəcəyinə söz verib.

Seçilən
0
50
cebheinfo.az

10Mənbələr