Milan "İnter"i cari mövsümün sonunda iki futbolçusu ilə vidalaşacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "qara-göylər" Marko Arnautoviç və Xoakin Korrea ilə yollarını ayırmaq niyyətindədirlər. İtaliya təmsilçisinin müqavilələrinin müddəti bu yay başa çatacaq oyunçularla anlaşma yeniləməyəcəyi bildirilib.
Qeyd edək ki, 36 yaşlı Arnautoviç cari mövsüm 26 matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 30 yaşlı Korrea isə 19 matçda 1 qol və 4 assistlə diqqət mərkəzinə düşüb.