AZ

Ərdoğanla Makron arasında Ukrayna müzakirəsi oldu

Rəcəb Tayyib Ərdoğan ilə Emmanuel Makron arasında telefon danışığı olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Ukraynaya dair müzakirə aparılıb

Həmçinin, ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Hazırda Ukrayna və Rusiya arasında müharibənin başa çatdırılması üçün tarixi bir dönüş mərhələsi olduğunu vurğulayan Ərdoğan bu fürsətin dəyərləndirilməsini zəruri sayıb.

Türkiyə lideri atəşkəs və daimi sülh üçün müzakirələrə ev sahibliyi etmək daxil, hər cür dəstək verməyə hazır olduqlarını nəzərə çatdırıb.


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr