AZ

Ərdoğan Ankaranın hazır olduğunu bildirdi

Türkiyə Ukrayna münaqişəsinin həlli ilə bağlı birbaşa danışıqları qəbul etməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu respublika prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında deyib.
“Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Rusiya prezidenti Putinin İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb və Türkiyənin qalıcı həllə gətirib çıxaracaq danışıqları qəbul etməyə hazır olduğunu bildirib”, - Türkiyə liderinin administrasiyası söhbətdən sonra bildirib. 
"Sülh üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqları üçün lazımi şərait yaradacaq", - Ərdoğan bununla bağlı vurğulayıb.

Seçilən
0
50
ucnoqta.az

10Mənbələr