AZ

“Hələlik heç bir futbolçuyla müqavilə ilə bağlı danışıq aparılmır” – gənc qapıçı da gedir?

“Səbail”in gənc qapçısı Əlirza Müştəbazadənin karyerasını başqa klubda davam etdirəcəyi ilə bağlı məlumat yayılıb.

İddialara görə, 21 yaşlı qolkiper yeni mövsümdən “Şəfa”nın şərəfini qoruyacaq. Əlirzanın “Səbail”lə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Hazırda onunla maraqlanan klublar arasında “Şəfa” ön plandadı.

Görəsən, “Səbail” yeni müqavilə ilə bağlı Əlirza ilə danışıq aparıbmı? Bu sualı klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova ünvanladıq:
“Hələlik heç bir futbolçuyla müqavilə ilə bağlı danışıq aparılmır. Əlirzanın müqaviləsi mövsümün sonuna qədərdi. Mövsüm bitəndən sonra qərar veriləcək”.

ƏSƏD SEYİDOV
Seçilən
0
football-plus.az

1Mənbələr