AZ

Aleksander Sörlot La Liqada rekord müəyyənləşdirdi

İspaniya La Liqasının 35-ci turunun “Real Sosyedad”la ev oyunu Madrid “Atletiko”sunun norveçli hücumçusu Aleksander Sörlot üçün düşərli olub.

Arena.az məlumat verir ki, Sörlot “döşəkçilər”in “ağ-mavilər” üzərində 4:0 hesablı qələbəsinə “çahargah”la – 4 qolla töhfəsini verib.

Sörlot oyunun 7-ci, 10-cu, 11-ci və 30-cu dəqiqələrində fərqlənməklə, yarım saat ərzində “Real Sosyedad”a kabus yaşadıb.

Sörlot həmçinin İspaniya La Liqasının tarixi ərzində ən sürətli “het-trik”in müəllifi olmaqla rekord müəyyənləşdirib.

Maraqlıdır ki, “Real Sosyedad” Sörlotun keçmiş klubudur.

Sörlot Madrid “Atletiko”suna 2024-cü ilin avqust ayında 32 milyon avro məbləğ müqabilində “Vilyarreal”dan tamhüquqlu əsasda keçib.

Norveçli hücumçunun Madrid klubu ilə müqaviləsinin müddəti 2028-ci iliin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Sörlot “döşəkçilər” üçün 47 oyuna 21 qol və 2 məhsudlar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 29 yaşlı norveçi mərkəz hücumçusunun transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
arena.az

1Mənbələr