AZ

Səhiyyə işçiləri Qusarda bir araya gəldilər - FOTO

Qusar İcra Hakimiyyətinin dəstəyilə rayonda maraqlı bir aksiya reallaşıb. Belə ki, Qusar şəhərindəki general Mahmud Əbilov adına meydanda səhiyyə işçilərinin "Sağlamlığa doğru qaç" yarışı baş tutub.

Bizim.Media xəbər verir ki, adətən özləri insanların sağlamlığı keşiyində duran tibb işçiləri bu dəfə özləri sağlamlıqları naminə qaçmağa qərar veriblər.
 

Bu məqsədlə Qusar, Quba və ətraf rayonların rayon mərkəzi xəstəxanalarının 200-ə yaxın əməkdaşı Qusar küçələrində "Sağlamlığa doğru qaç” deyərək fiziki qüvvələrini sınayıblar.


Yarış Səhiyyə işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçiriilən qaçış-sağlamlıq yarışı qarşıdan gələn 17 iyun-Tibb işçiləri gününə həsr olunub.

Qurumun sədri Elnarə Muradova bu xeyirxah tədbirin tibb işçilərinin fiziki sağlamlığına bir daha diqqəti artırmaqla sağlamlıq keşikçilərinin sağlamlığının da vacib olmasını önə çəkmək olduğunu vurğulayıb.

Yarışda Quba rayon mərkəzi xəstəxanasının komandası 1 ci yeri tutub. "Qusardakı "Şəfa" istirahət mərkəzinin və rayon mərkəzi xəstəxanasının qızlardan və oğlanlardan ibarət komandaları 2-ci və 3-cü ÿerləri bölüşdürüblər.

Sonda qaliblərə hədiyyələr verilib.









Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
0
bizim.media

1Mənbələr