Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron arasında telefon danışığı olub, Ukraynaya dair müzakirə aparılıb.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasyia İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə olunub. Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya arasında müharibənin başa çatdırılması üçün tarixi bir dönüş nöqtəsi olduğunu, bu fürsətin dəyərləndirilməli olduğunu, Türkiyənin atəşkəs və daimi sülh üçün müzakirələrə ev sahibliyi etmək daxil, hər cür dəstək verməyə hazır olduğunu nəzərə çatdırıb.
Türkiyə Prezidenti Ukrayna və Rusiya arasında davamlı sülhlə bağlı müzakirələrin başlaması və Ukraynanın yenidən bərpası prosesləri ilə bağlı əməkdaşlığı davam etdirməyin önəmli olduğunu vurğulayıb.