AZ

Fransa Ukraynaya sülhməramlı qüvvələr göndərəcək

​BAKI, 11 may. TELEQRAF

"Ukraynada aktiv döyüş əməliyyatlarının bitməsindən sonra sülhməramlı qoşunların yerləşdirilməsi istisna deyil, amma onlar çox məhdud sayda olacaq".

Teleqraf xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Le Parisien qəzetinə verdiyi müsahibədə deyib.

O bildirib ki, xarici hərbi qüvvələrin mövcudluğu regionda vəziyyəti sabitləşdirməyə kömək edəcək:

"Bu gün Avropanın ən böyük ordusu Ukrayna ordusudur, burada bir milyon döyüşçü mobilizasiya edilib. Heç bir başqa ordu bu qədər insan yığa bilməz. Əsas məsələ Ukraynada qoşunların mövcudluğunur".

Makron əlavə edib ki, burada çox kiçik bir hərbi qüvvənin göndərilməsindən söhbət gedə bilər:

"Bu, bir neçə min nəfər ola bilər, amma yüz minlərlə yox. Xarici qüvvələr hava sahəsində və ya cəbhə xəttindən uzaq strateji ərazilərdə ikinci müdafiə xətti kimi fəaliyyət göstərə bilər. Burada məsələ sayda deyil. Bizim məqsədimiz orada olmaq və dəstək verməkdir, ikinci müdafiə xətti kimi, hava sahəsində və ya cəbhə xəttindən uzaq strateji nöqtələrdə. Əvvəlcə biz həmrəyliyimizi göstərmək istəyirik", -

O, həmçinin bu məsələ ilə bağlı Avropa tərəfdaşları arasında müzakirələrin davam etdiyini açıqlayıb.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr