AZ

“Global Media Group” mediaholdinq əməkdaşı “Heydər zirvəsi”nə yürüş edib

Müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Global Media Group” mediaholdinq əməkdaşı Elvin Soldatov “Heydər zirvəsi”nə yürüş edib.

"Report" xəbər verir ki, bu barədə “Global Media Group”un rəsmi feysbuk səhifəsində paylaşım edilib.

Elvin Soldatov bələdçilərin müşayiəti ilə Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”ni təxminən 3,5 saat ərzində fəth edib.

Seçilən
0
3
report.az

4Mənbələr