Almaniyanın yeni kansleri Fridrix Merts hələ cəmi 4 gündür bu vəzifədə olsa da, artıq ictimai narazılıqla üzləşib. Son sorğular göstərir ki, əhalinin əksəriyyəti onun fəaliyyətindən narazıdır.
Musavat.com-un "Bild"-ə istinadən verdiyi xəbərə görə, INSA institutunun keçirdiyi sorğunun nəticələrinə əsasən, almanların yalnız 23 faizi Mertsin işini müsbət qiymətləndirir.
Yeni formalaşan qara-qırmızı koalisiyaya da vətəndaşların münasibəti skeptikdir — cəmi 29 faiz razılıq bildirərkən, təxminən yarısı koalisiyaya etimad göstərmir.
INSA rəhbəri Herman Binkert məsələ ilə bağlı Bild-ə açıqlamasında qeyd edib:
“Yeni hökumətə ictimai etimad zəifdir. Amma bu, Mers üçün fürsət ola bilər. Əgər miqrasiya və iqtisadi sahədə real irəliləyiş baş versə, xalqın dəstəyi arta bilər. Sadəcə bəyanatlar kifayət etmir”.
Musavat.com