"Real" 2025-ci ilin yayında qapıçılar sırasını gücləndirməyi düşünür.
İdman.biz "The Sun"a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının iki qapıçısını hədəfləyib.
Bunlar "Brayton"dan Bart Verbruggen və "Arsenal"dan David Rayadır.
Tibo Kurtuanın mübahisəsiz bir nömrə olaraq qalmasına baxmayaraq, klub rəhbərliyi komandanı tərk edə biləcək ukraynalı Andrey Luninin mümkün gedişini nəzərə alaraq, uzunmüddətli əvəzləyici axtarır.
Ən real namizəd kimi özünü "Brighton"un ilk qapıçısı kimi təsdiqləyən 22 yaşlı Verbruggen hesab olunur. "Real" onu Kurtuanın potensial varisi kimi görür.
İdman.biz