AZ

Sevda Ələkbərzadə “Sən yadıma düşəndə” dedi



Əməkdar artist Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert proqramı ilə çıxış edib.

Newscenter.az xəbər verir ki, “Sən yadıma düşəndə” adlı konsert proqramında müğəninin ən sevilən hitləri səsləndirilib və pərəstişkarlarına unudulmaz axşam bəxş edib.

Müğənni, konsertin may ayının 10-da keçirilməsinin təsadüfi olmadığını deyib və proqramı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə bir töhfə kimi xarakterizə edib. Əməkdar artist sevənlərini öz musiqi dünyasına qərq olmağa, ruhun dərinliklərinə toxunmağa və yaradıcılığının ecazkar melodiyalarını hiss etməyə dəvət edir.

İki hissədən ibarət konsert proqramında Əməkdar artistin bir birindən maraqlı ifaları səsləndirilib.

Qeyd edək ki, “Sən yadıma düşəndə” adlı konsert proqramının musiqi rəhbəri bəstəkar Muxtar Abseynov idi.

Susana Məmmədova
Seçilən
0
newscenter.az

1Mənbələr