AZ

"Kəpəz"ə yaraşan daha böyük uğurları qeyd etməkdi" - gəncəlilər bayram keçirməyəcək

"Səbail" - "Zirə" matçı (0:1) “dənizçilər”in premyer-liqanı tərk etməsini rəsmiləşdirdi. İndi elitadakı yerini qorumağı bacaran "Kəpəz" camiəsinin sevinməyə haqqı var.

Bəs, Gəncə təmsilçisi bunu bayram edəcəkmi? Bugünkü "Kəpəz" - "Sumqayıt" matçında əlamətdar hadisənin hansısa tədbirlə qeyd olunması planlaşdırılırmı? Oyunu stadiondan izləmək istəyən azarkeşlər üçün nəqliyyat vasitələri ayrılacaqmı?

Bu suallarla "sarı-göylər"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayevə müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Azarkeşlərimizin istər Tovuzda, istərsə də səfər oyunlarında iştirak etməsi üçün nəqliyyat vasitələri həmişə ayrılıb. Təbii ki, bu gün də belə olacaq. Bundan başqa, Tovuzdakı oyunlara öz avtomobilləriylə gələn tərəfdarlarımızın da sayı az deyil. Premyer-liqadakı yerimizi qorumaqla bağlı tədbirə gəlincə, əvvəlki mövsümlərdə belə şey olmayıb. Bilindiyi kimi, "Kəpəz" məlum maliyyə durumu üzündən son üç mövsümdə premyer-liqada qalmaq uğrunda mübarizə aparıb. Ancaq Gəncə futbolunun böyük, tarixi ənənələri var. "Kəpəz"ə yaraşan daha böyük uğurları qeyd etməkdi".

KƏNAN BAHADIR
Seçilən
0
football-plus.az

1Mənbələr