AZ

Ançelotti: “Barselona”nı məğlub edə bilsək…”

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 35-ci turunda “Barselona” ilə səfər oyunundan gözləntisini açıqlayıb.

Arena.az italyan mütəxəssisin oyuna həsr edilmiş mətbuat toplantısında səsləndirdiyi fikrini təqdim edir:

“La Liqanı qazanmaq çətindir. Çempionlar Liqasını qazanmaq qədər çətin deyil, amma çətindir. Əgər biz sabah (artıq bu gün – redaktorun qeydi) “Barselona”nı məğlub edə bilsək, onda bizim qarşımızda çempion olmaq imkanı açılacaq. Növbəti üç tur ərzində isə nə desən baş verə bilər”, deyə Ançelotti vurğulayıb.

34 turdan sonra “Barselona” 79 xalla İspaniya La Liqasının yarış cədvəlinə başçılıq edir. “Real” isə 75 xalla 2-ci pillədən “blauqrana”nı təqib edir.

“Barselona” – “Real” oyunu bu gün, mayın 11-də “Olimpik Lyuis Kompanis” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 18:15-də başladacaq.

Seçilən
0
arena.az

1Mənbələr