"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ənənəsinə sadiq qalaraq bayram günlərini azad Qarabağda, işğaldan azad edilən torpaqlarda keçirdi, bayramı Böyük Qayıdışın ilkin mərhələsinin təmsilçiləri ilə bir arada oldu. Hər zaman olduğu kimi bu dəfə də dövlət başçısının Qarabağ və Şərqi Zəngəzura səfəri yeni-yeni inzibati binaların, səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin açılışı ilə yadda qaldı".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərinə diqqət çəkərkən səsləndirib. İctimai birlik sədri deyib ki, dövlət başçısı və birinci xanım Şuşada, Xocalıda, Ağdamda bir sıra onfrastruktur layihələrinin açılışında iştirak ediblər:
"Xüsusilə, ötən 5 ilə yaxın müddətdə Ağdamda həyata keçirilən quruculuq-abadlıq işləri, infrastruktur layihələrini qeyd etmək yerinə düşər. Bildiyimiz kimi, erməni işğalçıları ən böyük vandallığı, vəhşiliyi Ağdamda həyata keçirmişdilər. Təsadüfi deyil ki, işğaldan azad ediləndən sonra bura səfər edən xarici ölkələrin media təmsilçiləri Ağdamı Qafqazın Xirosiması kimi xarakterizə etmidşilər. Həqiqətən də erməni vandalları Ağdamda daşı daş üstünə qoymammış, buranı yerlə yeksan etmişdilər. Bu gün isə artıq erməni vandallizminin izləri Ağdamdan silinir, rayon yenidən qurulur, abadlaşır. Qısa müddət ərzində Ağdamda görülən işlər, yaradılan infrastruktur layihələrinin fonunda dünya, beynəlxalq aləm Ermənistanla Azərbaycanın fərqini aydın şəkildə görür".
Arzuman Muradlı Prezident İlham Əliyevin Ağdam Muğam Mərkəzinin açılışı zamanı etdiyi çıxışa da diqqət çəkərək bildirib ki, dövlət başçısının məlum çıxışı bir daha Ermənistana, eyni zamanda ona havadarlıq edənlərə ünvanlanmış bir mesaj idi:
"Cənab Prezident bildirdi ki, "Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır".
Süleyman