Bakı. Trend:
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə9 mayın tarixində, Keniyanın Mombasa şəhərində keçirilən Afrikadövlətlərinin Keniyadakı diplomatik missiya rəhbərlərinin illiktoplantısı keçirilib.
Azərbaycanın Keniyadakı səfirliyinindən Trend-ə verilən məlumatagörə, Azərbaycanın bu ölkədəki səfiri Sultan Hacıyev xüsusi qonaqstatusu ilə toplantıda iştirak edib. Tədbir çərçivəsindəAzərbaycanın 2026-cı ilin 18-22 may tarixlərində ev sahibliyiedəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına(WUF13) həsr olunan iclas təşkil olunub.
Səfir Sultan Hacıyev iclasda iştirak edən Afrika dövlətlərinin60-dan çox yüksək vəzifəli rəsmi və diplomatik missiya rəhbərlərinəWUF13-ün hazırlıq prosesləri, foruma ev sahibliyi çərçivəsindəAzərbaycanın qlobal hədəfləri və prioritetləri barədə məlumatverib. Afrika dövlətləri ilə əməkdaşlığa Azərbaycan Hökumətiningöstərdiyi diqqət və əməkdaşlıq perspektivləri haqqında fikirlərinibölüşüb. Ölkəmizin dayanıqlı şəhərsalma ilə iqlim dəyişikliyiproseslərinin qarşılıqlı təsirləri və COP-WUF platformalarıarasında əlaqənin inkişafı üzrə fəaliyyətində qətiyyətli mövqeyivurğulanıb. Səfir COP29 çərçivəsində Azərbaycanın COP29 Sədrliyininirəli sürdüyü “MAP” təşəbbüsünün (Dayanıqlı və Sağlam Şəhərlər üçünMultisektoral Fəaliyyət Yolları) əhəmiyyətinə və bu əsasda təsisolunan Bakı Davamlılıq Koalisiyasının COP və WUF platformalarıarasında sinerjinin təmin olunması baxımından çoxtərəfliəməkdaşlıqda vacib məqamlarına diqqəti cəlb edib.
İclasda WUF13-ü təbliğ edən video-təqdimat və müasirAzərbaycanın qazandığı nailiyyətləri, 2020-ci il şanlı Zəfərinnəticələrini, postmünaqişə dövründə innovativ şəhərsalmatrendlərinə uyğun, milli imkanlar hesabına genişmiqyaslıbərpa-yenidənqurma işlərini və “Böyük Qayıdış” proqramını özündəəks etdirən video-çarx nümayiş olunub. Tədbir iştirakçılarınaişğaldan azad olunan ərazilərdə basdırılmış minaların insantələfatına səbəb olması və humanitar minatəmizləmə fəaliyyətibarədə məlumatlar təqdim edilib.
Afrikanın əksər dövlətlərinin təmsil olunduğu iclasdaAzərbaycanın beynəlxalq təşəbbüs və töhfələri barədə verilənməlumatlar rəğbətlə qarşılanıb. Bakı şəhərinin WUF13-ə ev sahibliyietməsi ilə Azərbaycanın qlobal şəhərsalma müzakirələrinin mərkəzinəçevriləcəyinə inam ifadə olunub.
İllik toplantı iştirakçılarına WUF13-ün ev sahibi adındanziyafət təşkil olunub.