AZ

Əqarçi ABŞ ilə danışıqlar aparmaq üçün Maskata getdi


İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramı ilə bağlı böhranı həll etmək üçün ABŞ rəsmiləri ilə dolayı danışıqların dördüncü raundu üçün Maskata səfər edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai məlumat yayıb.
Xatırladaq ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə üç raund danışıqlar keçirib. Onlardan birincisi aprelin 12-də Maskatda, ikincisi aprelin 19-da Romada, üçüncüsü isə aprelin 26-da yenidən Omanın paytaxtında baş tutub. Danışıqlarda İran nümayəndə heyətinə Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edir.
Seçilən
0
50
yeniavaz.com

10Mənbələr