Britaniyada ilk dəfə olaraq qadın şəxs məşhur MI6 – xarici kəşfiyyat xidmətinə rəhbərlik edə bilər.
Musavat.com xəbər verir ki, “The Sunday Times”ın məlumatına görə, MI6 rəhbərliyinə namizədlər arasında üç qadın var və onlar artıq son müsahibə mərhələsinə keçiblər. Namizədlərdən yalnız birinin kimliyi ictimaiyyətə bəllidir – bu, keçmiş Britaniya səfiri, hazırda isə BMT-də ölkəsinin daimi nümayəndəsi olan Barbara Vudvordur.
Lakin Vudvordun namizədliyi tənqidlərə səbəb olub. Onu Pekinə simpatiya göstərməkdə və kəşfiyyat təcrübəsinin olmamasında ittiham edirlər.
Qeyd edək ki, MI6-ya 5 ildir rəhbərlik edən Rişard Mur bu ilin payızında vəzifəsini tərk edəcək. Onun yerinə kimin keçəcəyi yaxın vaxtlarda bəlli olacaq.
Musavat.com