AZ

Sessiz təhlükə: Qara ciyər piylənməsi sürətlə yayılır – vaxtında müalicə olunmasa...

Sessiz təhlükə: Qara ciyər piylənməsi sürətlə yayılır –

Dünya üzrə milyonlarla insanın sağlamlığını təhlükə altına alan qara ciyər piylənməsi (yağlı qaraciyər) artıq sadəcə piylənmiş şəxslərin problemi deyil.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, həkimlərin verdiyi məlumata görə, bu xəstəlik heç bir simptom vermədən irəliləyə və gecikmiş halda siroz, hətta qara ciyər xərçəngi ilə nəticələnə bilər.

Hepatoloq Dr. Elçin Abbasov bildirir ki, qaraciyərdə yağ toplanması əvvəllər yalnız alkoqol istifadəsi ilə əlaqələndirilirdi. Lakin indi alkoqoldan istifadə etməyən şəxslərdə də qaraciyər piylənməsi sürətlə artır. Əsas səbəblər arasında düzgün olmayan qidalanma, fiziki hərəkətsizlik, şəkərli diabet və artıq çəki göstərilir.

Statistik məlumatlara əsasən, Azərbaycanda hər 3 nəfərdən biri qaraciyər piylənməsinin ilkin mərhələsində ola bilər, lakin çoxları bu barədə xəbərsizdir. Xəstəlik yalnız ultrasəs müayinəsi və laborator analizlərlə aşkar edilə bilər.

Dr. Abbasov xəbərdarlıq edir: “Əgər bu vəziyyət vaxtında aşkarlanmasa, qaraciyərdə iltihab yaranır və bu da siroza qədər gedib çıxa bilər. Qara ciyər xərçəngi riski də bu xəstələrdə yüksək olur.”

Mütəxəssislər sağlam qidalanma, şəkərin və doymuş yağların azaldılması, müntəzəm fiziki aktivlik və arıqlamanın bu xəstəliklə mübarizədə əsas rol oynadığını vurğulayır.

Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr