Azərbaycan Basketbol Liqasının final seriyasında beşinci oyun bu gün keçiriləcək.
"Sabah" - "Neftçi" qarşılaşması saat 17:00-da başlayacaq.
Görüş Bakı İdman Sarayında təşkil olunacaq. Klublar indiyədək hərəyə iki qələbə qazanıblar.
Qeyd edək ki, final seriyasında 4 qalibiyyət əldə edən komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.