AZ

Çempion “Araz-Naxçıvan”a qarşı, Tovuzda “qonşu”ların dueli

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIV tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçı Tovuz şəhər stadionunda “Kəpəz” və “Sumqayıt” komandaları arasında olacaq. Qarşılaşma saat 18:00-da başlayacaq. Premyer Liqada qalacağı dəqiqləşən Gəncə klubu hazırda 29 xalla 9-cu pillədə qərarlaşıb. “Gənclik şəhəri” təmsilçisi isə 30 xalla 8-cidir.

Turun bağlanış oyununda çempion “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edəcək. “Azersun Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək. 33 turdan sonra 80 xalı olan Ağdam klubu turnir cədvəlinə başçılıq edir. Naxçıvan təmsilçisi isə 55 xalla 3-cü sırada yer alıb. Komanda bu gün “Qarabağ”a uduzmasa, UEFA Konfrans Liqasına vəsiqəni təmin edəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sabah” “Şamaxı”ya 3:1, “Zirə” “Səbail”ə 1:0, “Neftçi” isə “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəlib.

Seçilən
0
msport.az

1Mənbələr