Babək Rayon İcra Hakimiyyəti yarım milyonluq texnika alır.
Babək Rayon İcra Hakimiyyəti “Prolink Caspian” MMC ilə 529.634,74 manat dəyərində müqavilə bağlayıb.
Referans-ın məlumatına görə, tenderin şərtlərinə əsasən, şirkət icra hakimiyyətinə tullantı daşıyan maşın, 20 tonluq su maşını və 0.25 m³ tutumlu ekskavator-yükləyici təqdim edəcək. Texnikalar kommunal təyinatlı işlər üçün nəzərdə tutulub.
Xatırladaq ki,Naxçıvan MR Babək Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradovdur.