AZ

Azərbaycanda tanınmış ifaçı İndilanın mahnısına film çəkildi - VİDEO

Kinorejissor və ssenarist Natiq Axundun yeni işi böyük marağa səbəb olub.

"Ölkə.az" xəbər verir ki, rejissor fransalı müğənni İndilanın sevilən “Tourner dans le vide” mahnısına qısa film formatında klip çəkib.

Ssenarisi rejissorun özünə məxsus olan və “Sürpriz” adlanan bu qısa filmin janrı macəra və psixoloji elementləri əhatə etsə də, əsərin əsas xəttini ibrətamiz məqamlar təşkil edir.

15 dəqiqəlik bu ekran işi yüksək texniki keyfiyyəti, Hollivud estetikası ilə diqqət çəkir. Kadrların ardıcıllığı, hadisələrin musiqi ilə həmahəngliyi, incə sintez və rejissor yanaşması izləyicini filmin sonuna qədər maraqda saxlayır.

 

Seçilən
0
3
olke.az

4Mənbələr