AZ

Prezident İlham Əliyevin Ağdam səfəri -NƏLƏRLƏ YADDA QADI?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdamda səfərdə olub.

 

Senzor.az xatırladır ki, Prezident bir sıra obyektlərin – Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib,  yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində, Kəngərli kənd tam orta məktəbində, körpələr evi-uşaq bağçasında və yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub. 

 

Dövət başçısı həm də Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib.

 

Prezident xanımı Mehriban Əliyeva ilə birlikdə Ağdam Muğam Mərkəzinin açılışında da iştirak edib. İ.Əliyev orada çıxış edəndən sonra onlar Mərkəzin açılışına həsr olunan konsert proqramına baxıblar.

 

Daha ətraflı AzTV-nin hazırladığı geniş videomaterialda:

Seçilən
0
1
senzor.az

2Mənbələr