AZ

Beyində kiçilməyə səbəb olan vərdiş– yeni araşdırma həyəcan təbili çalır

Beyində kiçilməyə səbəb olan vərdiş–

ABŞ-də aparılan son tədqiqatlar uzun müddət hərəkətsiz oturmaqla keçən günlərin beynin yaddaş və emosional idarəyə cavabdeh hissələrində kiçilməyə səbəb ola biləcəyini göstərib.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Kaliforniya Universitetinin alimləri orta yaşlı şəxslər arasında apardıqları müşahidədə gündə 8 saatdan artıq oturan insanların hipokamp bölgəsində nəzərəçarpacaq dərəcədə həcm itkisi olduğunu müəyyən ediblər.

Hipokamp beyində yaddaş formalaşmasında əsas rol oynayan sahədir və Alzheimer xəstəliyinin ilkin təsir etdiyi bölgələrdən biridir. Alimlər bildirirlər ki, bu tip dəyişikliklər təkcə yaşlanma ilə deyil, həyat tərzi ilə də birbaşa əlaqəlidir.

Araşdırmanı aparan neyrolog Dr. Helena Mills deyir: “İnsanların gündə bir saat idman etməsi bəzən kifayət etmir. Əgər qalan vaxtı hərəkətsiz keçirirlərsə, beyin strukturlarında dəyişikliklər qaçılmaz ola bilər.”

Mütəxəssislər xüsusilə ofis işçilərinə və tələbələrə hər 30-40 dəqiqədən bir yerindən qalxmağı, az da olsa gəzişməyi və ya yüngül fiziki hərəkətlər etməyi tövsiyə edir. Bu sadə vərdiş beynin sağlam qalmasında böyük rol oynaya bilər.

Könül Oruc

E-saglam.az


Seçilən
0
e-saglam.az

1Mənbələr