Britaniyanın MI6 kəşfiyyat agentliyinin rəhbəri ilk dəfə qadın olacaq.
Publika.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Nəşr qeyd edib ki, vəzifə üçün müsahibələr keçən həftə baş tutub, hər üç son namizəd qadın olub, onlardan ikisi Mİ6 zabiti olub".
Bildirilib ki, üç namizəddən yalnız birinin kimliyi məlumdur - Böyük Britaniyanın Çindəki keçmiş səfiri Barbara Vudvord hazırda Daxili İşlər Nazirliyində ən yüksək vəzifəli qadındır. Qeyd olunub ki, onun namizədliyi Çinə rəğbət bəslədiyi üçün tənqid edilir.