AZ

Kolumbiya Panamanın keçmiş prezidenti Martinelliyə sığınacaq verib

Kolumbiya hökuməti bir ildən artıqdır ki, Panamada Nikaraqua səfirliyində gizlənən Panamanın sabiq prezidenti Rikardo Martinelliyə sığınacaq verib.

Operativ Media xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki rəsmi səhifəsində yayımladığı bəyanatda bildirilir.

“Kolumbiya Respublikasının Prezidenti Qustavo Petro Urreqo Panamanın keçmiş prezidenti Rikardo Alberto Martinelli Berrokala siyasi sığınacaq verib və bu qərar müvafiq qaydada qonşu ölkənin hökumətinə çatdırılıb”, – Kolumbiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Bu qərar insan hüquqlarının müdafiəsi prinsipinə və Kolumbiyanın siyasi səbəblərə görə təqib olunan şəxsləri qorumaq istiqamətindəki humanist ənənəsinə əsaslanır”, – bəyanatda qeyd olunub.

Seçilən
0
operativmedia.az

1Mənbələr