AZ

"Volvo Cars" 450 min avtomobili texniki nasazlığa görə geri çağırır

Bakı. Trend:

"Volvo Cars" şirkəti 450 000 avtomobili geri çağırmaq qərarınagəlib.

Trend-inCarscoops.com nəşrinə istinadla verdiyi məlumata görə, bu qərar2021–2025-ci illər arasında istehsal olunan 10 fərqli modelə şamilolunur.

Geri çağırılan modellər bunlardır: Volvo C40, S60, S90, V60, V60Cross Country, V90, V90 Cross Country, XC40, XC60 və XC90.

Şirkət tərəfindən bildirilib ki, bəzi hallarda sürücüləravtomobili geri ötürücüyə saldıqda, arxa görüntü ekranında əksolunmur və bunun əvəzinə “Kamera müvəqqəti olaraq əlçatmazdır”xətası çıxır. Bu nasazlıq təhlükəsizlik baxımından ciddi riskdaşıdığından, istehsalçı həmin avtomobilləri təmir üçün təcili geriçağırır.

Avtomobil sahiblərinə rəsmi "Volvo" diler mərkəzinə müraciətedərək problemi aradan qaldırmaları tövsiyə olunur.

Seçilən
0
az.trend.az

1Mənbələr