Anews.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirib.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Qərvənd kəndində müvəqqəti məskunlaşan Laçın rayonundan məcburi köçkün, 27 yaşlı Günel İsmayılova həyat yoldaşı Ramil Ramiz oğlu İsmayılovla dalaşıb, bundan sonra 10 aylıq yeganə övladını boğaraq qətlə yetirib.
O, hadisədən sonra Ağdam Rayon Polis Şöbəsinə gedərək könüllü təslim olub və saxlanılaraq istintaqa cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə), 120.2.9-cü təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham verilib.
www.anews.az