Bakı. Trend:
Huawei şirkəti notbuklar və stolüstü kompüterlər üçün nəzərdətutulmuş yeni əməliyyat sistemi – HarmonyOS 5-i təqdim edib.
Trend-inməlumatına görə, bu barədə "NotebookCheck" portalı yazıb.
Yeni əməliyyat sistemi HarmonyOS-in mobil versiyasınınarxitektura prinsiplərini təkrarlayır və "StarShield" və "ArkEngine" kimi təhlükəsizlik mexanizmlərini əhatə edir. Şirkət buyeniliyin yüksək performans təmin etdiyini iddia edir, lakinhələlik "HarmonyOS"un "Windows" üzərindəki üstünlüklərini sübutedən konkret göstəricilər təqdim olunmayıb.
"HarmonyOS 5"in interfeysi ənənəvi masaüstü əməliyyatsistemlərinə xas olan tanış xüsusiyyətləri qoruyub saxlayır:Ekranın alt hissəsində tapşırıq paneli, proqramlar və sənədlər işmasasında yerləşdirilə bilir, batareya səviyyəsi, vaxt və digərəsas sistem məlumatları isə ekranın sağ küncündə göstərilir.
Huawei-nin bu addımı Microsoft-un Windows platformasındanasılılığı azaltmaq və lokal texnoloji müstəqilliyi artırmaqstrategiyasının bir hissəsi kimi qiymətləndirilir.